Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz süsəni / not found / Iris caucasica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris caucasica Stev. (Juno caucasica (Hoffm.) Klatt.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir, soğanağı yumurtaşəkilli və ya uzunsov, 2-2,5 (3,5) sm enində, tünd-qəhvəyi, tutqun pərdəvari qınla örtülmüşdür. Gövdə 7-15 (20) sm hündürlükdə, 1-3 çiçəklidir. Yarpaqlar boz-yaşıl, göyümtül, qılıncvari, tədricən sivriləşmiş, oraqvari əyilmiş, kənarları ağ xətlə haşiyələnmiş, sıx, qısa kirpikciklidir, çiçəkyanlığının borucuğu 4-5 dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -4,5 (5) sm uzunluğunda, yaşılımtıl və ya mavitəhər sarı, qolğun, qıfvari, xarici hissədən enli, uzunsovdur, sütuncuğun hissələri çiçəkyanlığının xarici hissələrindən bir qədər qısa, enli, kütdür, qutucuq 3 sm uzunluğunda, silindrik, uzunsov, qısa buruncuqludur [1, 2,3].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprelin ikinci yarısı - may aylarıdır.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.Aşağı və orta dağ qurşaqlarında daşlı və otlu yamaclarda bitir.Dekorativ bitkidir [2, 4].

Yayılması: Böyük Qafqazın Quba hissəsi, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi və düzənliyi (Şahbuz rayonu, Batbat kəndi, Cufa rayonu, Qızılca kəndinin ətrafı) [2, 4, 5, 6, 7].

Sayı və tendensiyası: Geniş yayılmaərazilərinin mövcudluğuna baxmayaraq, əhali tərəfindən intensiv toplanılması gələcəkdə azalma təhlüksəni ehtimal etməyə əsas verir [6, 7].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (dekorativ bitki kimi əhali tərəfindən yığılması, otarılma).

Mühafizə tədbirləri: Yayıldığı sahələr, həmçinin təbii populyasiyalarla mühafizə olunması üçün xüsusi tədbirləri aparılmır, antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора Азербайджана, 1952; 3. Михеев А.Д., 2004; 4. Ибадлы О.В. 2005; 5. Talıbov T., İbrahimov Ə., 2008; 6. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 7. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Mixeyev A.D.

English name: not found

Habitat: Stony and grassy of lower and middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus; Gobustan; Bozgir plateau; Central (AZ) Lesser Caucasus; Northern (AZ) Lesser Caucasus; Kur-Araz lowlands; mountain part of Nakhchivan (Shahbuz region, Batabat village, Julfa region, surroundings of Qizilja village), Nakhchivan plain.