Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz qaş səhləbi / not found / Ophrys caucasica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Ophrys caucasica Woronow ex Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kök yumurusu şarvari, 0,8-1,5 am diametrindədir. Gövdəsi 12—35 sm hündürlükdədir. Yarpaqları gövdənin qaidəsində cəmləşmişdir, uzunsov lansetvari, sivriləşmiş qınlardan hündürdülər. Çiçəkyanlıqlarının xarici yarpaqcıqları 10-12 mm uzunluqda, uzunsov – lansetşəkilli, sarımtıl –yaşıl, daxildəkilər xətti – lansetşəkilli, birdamarlı, yaşılımtıl-qonur; dodaq məxməri, enli, tərs-yumurtavari, tünd-qırmızı, qonur, H hərfi formasında mavi, bənövşəyi, tam və ya üçdilimlidir [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkəmə və meyvə əmələgətirmə dövrü aprel-iyun aylarına təsadüf edir. Mezokserofitdir, kök yumuruları ilə çoxalır. Orta dağ qurşağına kimi, kolluqlararası, meşəkənarı, otlu yamaclar və qayalar arasında, Achillea nobilis, Phlomis pungens, Teucrium polium, Consolida orientalis bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştrak edir. Dekorativ bitkidir [1, 4].

Yayılması: Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir [1, 2, 3, 5, 6].

Sayı və tendensiyası: Populyasiyasında azalma tendensiyası müşahidə olunur [6].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması və dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanması).

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi, həmçinin toxum və soğanaqlarının toxum bankında saxlanılması.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Ибадлы О.В. 2005; 4. Мехтиева Н.П. 2007; 5.Məmmədov Q. Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Zeynalova S.Ə., Mustafayeva S.C.

Şəkil: Mehdiyeva N.P.

English name: not found

Habitat: Bushes, forest, grassy slopes and rocks up of lowlands up to middle mountain zone.

Distribution: Samur-Devechi lowlands; Caspian seaside lowlands 9Siyazan region, top of Beshbarmag); Absheron; Southern (AZ) Lesser Caucasus; Kur plain; Kur-Araz lowland; Diabar.