Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz ilankölgəsi / Caucasian giant fennel / Ferula caucasica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Ferula caucasica Korov.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Nəsli kəsilməyə həssas olanlar '' kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür.

Regional IUCN Statusu: VU D2 [4].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov –yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır [1, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə və meyvəvermə imay ayında olur. Kserofit bitkidir, aşağı dağ qurşaqlarında, quru dərələrdə bitir. Kərəvüzkimilərin Ferula caspica, Bupleurum exaltatum, Daucus carota, Scandix pecten-veneris, Astrodaucus orientalis növləri ilə birgə assosiasiyada qeydə alınmışdır.

Yayılması: Bozqır yaylası (Ağdaş rayonu), Kiçik Qafqazın şimal hissəsi (Samux rayonu-Bozdağ silsiləsi), Kür-Araz ovalığı (Qobustan qayaları) [2, 3].

Sayı və tendensiyası: Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər: Antropogen amillər və iqlim.

Mühafizə tədbirləri: Populyasiyaları təhlükə altında olduğundan qorunması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. İbadullayeva S.C., 2004; 4. Schtaz G., Shulkina T., Solomon J., 2013; 5. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.

English name: Caucasian giant fennel

Habitat: Dry slopes of lower mountain zone.

Distribution: Bozgir plateu (Aghdash region, Samukh region-Bozdagh chain); Kur-Araz lowland (Gobustan rocks).