Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz dağdağanı / Caucasian hackberry / Celtis caucasica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Urticales

Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link.

Elmi adı / Scientific name: Celtis caucasica Willd.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

QlobalIUCN Statusu: LC.

Qısa morfoloji təsviri: Ağacdır, yarpaqları qabıqlı, kənarları qeyri-hamardır, yumurtavaridir və ya yumurtavari-lansetşəkillidir, kənarlardan qatlanmış iti dişlidir, üstdən tend-yaşıl, hamar və ya kələ-kötür, alt hissədən boz-yaşıl rənglidir. Uzunluğu 4-8 sm, eni 2,5-5sm-dir. Meyvələri şarvaridir, qırmızımtıl –sarı rənglidir və ya tünddür. Toxumları qırışlıdır. Yarpaqlaması və çiçəkləməsi eyni vaxtda baş verir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Aşağı və orta dağ qurşağında, meşə və meşə olmayan rayonlarda qaya və daşlıq yerlərdə rast gəlinir.

Yayılması: Böyük Qafqazın şər və qər hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Lənkəran ovalığı [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın vəziyyətinin və təbii bəroanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir [2, 3].

Məhdudlaşdırıcı amillər: Populyasiyanın zəif təkrarlanması.

Mühafizə tədbirləri: Növün nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Safarov H.M., 2010; 3. Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S.

Şəkil: Fərzəliyev V.S.

English name: Caucasian hackberry

Habitat: Rocky sites of lowlands up to middle mountain zone.

Distribution: Eastern (AZ) Greater Caucasus; Western (AZ) Greater Caucasus; Bozgir plateau; Gobustan; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; Lankaran lowlands.