Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qafqaz bənövşəsi / not found / Viola caucasica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Violales

Fəsiə/ Family: Bənövşəkimilər—Violaceae Batsch

Elmi adı / Scientific name: Viola caucasica Kolenati

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B 2ab(ii,iii,iv). Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir, kökümsov nazik, sürünən, əyri və ya horizontaldır. Kökyanı yarpaqlar 12 sm uzunluğunda dairəvi tumurcuqlu, gövdə yarpaqları yumurtavari, əsasda oyuqlu və ya dərin ürəkvaridir, kənardan dişiciklidir, üst tərəfdə seyrək, alt tərəfdə çox tükcüklüdür. Çiçəklər iri, 6 sm uzunluğundadır. Kasacıqlar xətvari –lansetvari, çılpaq və ya seyrək tükcüklüdür. Ləçəklər sarı və ya açıq-sarı, qəhvəyi rəngli damarlar ilə uzunsov və ya rnli, tərs-yumurtavari, 1,5 sm uzunluğundadır. Qutucuq uzunsov –yumurtavari, çılpaq 5-9 mm uzunluqdadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun-avqust aylarına təsadüf edir. Mezokserofit bitkidir. Subalp və alp qurşaqlarında qayaların çatlarında, daşlı yamaclarda, çəmənlərdə, daşlı və çınqıllı yamaclarda rast gəlinir. Dekorativ bitkidir[1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi və şərq hissəsi, Kiçik Qafqazın şimal hissəsi [1].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır, yaşama ərazisi məhdudlaşır [2].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (Əhali tərəfindən bəzək bitkisi kimi çiçəklərinin yığılması) və populyasiyanın azsaylı olması.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Tərtibçinin məlumatı.

Tərtibçilər: Əhmədzadə F.Ə.

Şəkil: Gerber E.

English name: not found

Habitat: Subalpine and alpine meadows.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus.