Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qəşəng süsən / not found / Iris elegantissima 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris elegantissima D. Sosn.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir. Çiçəkyanlığının xarici tərəfi 6 sm-ə qədər uzunluqda, aşağı dartılmış, tünd boz, tünd – qəhvəyi ləkəli damarlı, ortada iri tünd – qəhvəyi ləkə var. Daxili tərəf dikdurandır, bir neçə xarici tərəfə keçən ağımtıl, sarı-tüstüvari fonda bənövşəyi damarlıdır[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi iyun ayındadır. Kökümsov və toxum vasitəsilə çoxalır. Quru, daşlı-çınqıllı yamaclarda və yovşanlı yarımsəhralarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir [1, 3, 4].

Yayılması: Naxçıvan MR (Sədərək rayonunun aşağı və orta dağ qurşaqlarında) [1, 3, 5, 6, 7].

Sayı və tendensiyası: Populyasiyalarına kiçik sahələrdə, nadir hallarda rast gəlinir. Azalır[6, 7].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün yığılması, otarılma) [2, 7].

Mühafizə tədbirləri: Xüsusi qorunma tədbirləri yoxdur. Yasaqlıqların yaradılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Ибадлы О.В. 2005; 5. Salayeva Z.K., 2006; 6. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 7. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010

English name: not found

Habitat: Dry stony and gravelly slopes; semi-desert.

Distribution: Mountain part of Nakhchivan (foothills and middle mountain zones of Sederek region).