Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qəşəng qayışləçək / Eastern lizard orchid / Himantoglossum formosum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Himantoglossum formosum (Stev.) C. Koch

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1.Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür [4].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir.Gövdəsi 30—70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov neştərşəkilli, küt—itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqdadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12—25 ədəddir. Dodaqcıq 25 mm uzunluqdadır, tərs pazşəkillidir, fır-fır rənglidir. Yan dodaqcığın pərləri qısadır, uzunsov, küt, ortada yerləşən dilcikşəkilli, yuxarı tərəfdən enliləşmiş, 10—15 mm uzunluğundadır. Mahmızı əyilmiş, silindirik, 2 dəfə yumurtalıqdan qısadır [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə may-iyun aylarına təsadüf edir. Aşağı dağ qurşağından başlayaraq yuxarı dağ qurşağına kimi, meşə və meşə kənarlarında, kolluqlar arasında, bozqır yaylalarında rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu), Lənkəranın dağlıq ərazilərində çox nadir şəkildə rast gəlinir, məhvolma təhlükəsi olan növdür [1, 2, 3, 5].

Sayı və tendensiyası: Populyasiyası çox nadirdir. İtmə təhlükəsi altındadır [6].

Məhdudlaşdırıcı amillər: Yaşayış ərazilərinin deqradasiyası, kənd təsərrüfatı məqsədilə ifadəsi, otarılma, tapdalanma və xüsusi yaşayış mühitinə tələbkar növ olması.

Mühafizə tədbirləri: Məlum olan arealları ciddi nəzarətə götürülməli və mütəmadi monitorinqlər aparılmalı və təbii populyaiyası mühafizə olunmalıdır.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2.Əsgərov A.M., 2005; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Bateman R.M., 20094; 5. Məmmədov Q. Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Eastern lizard orchid

Habitat: Forests and shrublands fromlower to higher mountain zone.

Distribution: Guba part of the Greater Caucasus (Gusar region); mountain part of Lankaran.