Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qıyıqvari qərənfil / not found / Dianthus subulosus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Qərənfilkimilər—Caryophyllaceae Juss.

Elmi adı / Scientific name: Dianthus subulosus Frey et Conrath

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə 11-47 sm hündürlükdədir. Yarpaqlar xətvari, 2-3 mm enində, oturaq, 8-20 mm uzunluğunda olan qına bitişib. Çiçəkqrupu başcıqlı, ağ- dərivari üst yarpaqlarla örtülmüşdür, bu yarpaqlar tərs – yumurtavari, uzunsov və ya ellipsivaridir, birdən- birə bizvari qurtaracağa keçirlər. Kasacıq silindrvari, lansetvari iti dişciklidir. Qutucuq silindrvari, kasacıqdan qısadır. Toxumlar yumurtavari, yastı, nöqtəli – təpəciklidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Mezokserofit bitkidir. Aşağı və orta dağ qurşaqlarında kolluqlarda, meşə talalarında, otlu yamacalarda rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba, şərq və qərb hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, mərkəzi hissələri və Kür düzü [1, 2].

Sayı və tendensiyası: Antropogen və iqlim amillərinə həssaslıq göstərir [2].

Məhdudlaşdırıcı amillər: Otarılma, tapdalanma, biçənəklər.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin azaldılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Tərtibçinin məlumatı.

Tərtibçilər: Əhmədzadə F.Ə.

Şəkil: İvanov A.L.

English name: not found

Habitat: Shrublands, forest glades and grassy slopes of lower and middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus; Western (AZ) Greater Caucasus; Gobustan; Bozqir plateau; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Kur plain.