Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qısaerkəkcikli boruçiçək / not found / Solenanthus brachystemon 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Boraginales

Fəsilə / Family: Göyzəbançiçəyikimilər – Boraginaceae Juss.

Elmi adı / Scientific name: Solenanthus brachystemon Fisch. et C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi süpürgəvari budaqlanan, 50-80 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzunsov və ya ensiz elliptik, 10-20 sm uzunluqda, 2-4 (7) sm enindədir. Gövdə yarpaqları çoxsaylı, aşağıdakılar uzunsov, digərləri uzunsov – lansetvari və ya lansetvari, oturaq, gövdəni bürüyən, lap yuxarıdakılar kiçiklmişdir. Çiçək qrupu süpürgə, azçiçəkli, qıvrımlıdır. Kasacıq 5-7 mm uzunluqda, boz rəngdədir. Tac 8-10 mm uzunluqda açıq bənövşəyi rəngdədir. Fındıqçası çoxsaylı, uzun, nazik, löbərvari qopartikanlıdır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi mart – aprel aylarına təsadüf edir. Düzən və dağətəyi ərazilərdə, əsasən meşələrdə rast gəlinir [1, 2].

Yayılması: Lənkaran ovalığı və dağlıq hissələri [1, 3, 4].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpasının çox zəif olması və iqlimin mənfi təsirlərdən asılılığı müşahidə olunur. Xüsusi yaşayış mehitinə tələbkar bitkidir [5].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, tapdalanma) və iqlim.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Аскерова Р.К., Керимов В.Н.,1999; 3. Əsgərov A.M., 2006; 4. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 5. Tərtibçinin məlumatı.

Tərtibçi: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Lowlands and foothill forests.

Distribution: Mountain part of Lankaran; Lankaran lowlands.