Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Qırmızı difelipeya  / not found / Diphelipaea coccinea 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Orbanşkimilər – Orbanchaceae Vent.

Elmi adı / Scientific name: Diphelipaea coccinea (Bieb) Nicolson (Phelipaea coccinea (Bieb.) Poir.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi orta hissədə 3-6 mm dimetrində, birçiçəkli çiçk saplaqlıdır (bəzən 2 çiçəkli). Kasacığın dilimləri lansetvari, siviridir. Tacı (1,8)2, 5-4, 5(5) sm uzunluqda, parlaq qırmızı rəngli, əsnəkdə 2 məxməri –qara büküklüdür. Tozculqarı çılpaq və ya azacıq tüklüdür [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə may-iyul, meyvəvermə iyun –avqust aylarına təsadüf edir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı və ovulmuş yamaclarda rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Lənkəranın dağlıq hissəsi [2, 3].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpasının mənfi təsirlərindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər ( otarılma, tapdalanma), iqlim amillərinə həssaslıq və yayıldığı meşələrin qırılması. Xüsusi yaşayış mühitinə tələbkar növdür.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitoinqlərin aparılması tələb olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Əsgərov A.M., 2006; 3. MəmmədovQ., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4. Tərtibçinin məlumatı.

Tərtibçi: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Stony slopes from lowlands to middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus; Western (AZ) Greater Caucasus; Bozgir plateau; Caspian lowlands; Gobustan; Kur-Araz lowlands; mountain part of Lankaran.