Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Prilipko süsəni / not found / Iris prilipkoana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris prilipkoana Kem. –Nath.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Regional IUCN Status: VU B2ab(iii, v) [7].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, üfüqi, gövdəsi 35—60 sm-dir. Yarpaqlar hamar, xətvari, 10—15 mm enində, sivri, adətən uzun, bəzən gövdəyə bərabərdir. Təpə yarpaqları yumurtavari-neştərşəkilli, təpə hissəsi və kənarları pərdəlidir. Çiçək qrupu 2-3 iri, mavi, bənövşəyi çiçəklərdən ibarətdir. Çiçəkyanlığının xarici tərəfi 5-7 sm uzunluğunda, enli, oval, daxili tərəf xarici tərəfdən qısa uzunsov-yumurtavari, təpə hissəsi dairəvi və ya xarici tərəf oyuqludur. Sütuncuğun tərəfi çiçəkyanlığının xarici tərəfinin dırnaqcığına bərabərdir, uzunsov, yumurtavari dişcikli, kürəklidir. Tozcuq parlaq-bənövşəyi, yumurtalıq silindirvari, 6 qabırğalıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyul ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Orta dağ qurşağında dağ yamaclarında və meşə talalarında yayılmışdır. Mezokserofitdir [1, 2, 6].

Yayılması: Naxçıvanın dağlıq ərazisi [1, 3, 4, 5, 6].

Sayı və tendensiyası: Populyasiyalarda azalma tendensiyası müşahidə olunur [8].

Məhdudlaşdırıcı amillər: Otarılma, tapdalanma və əhali tərəfindən yığılması nəticəsində yaşama ərazisi məhdudlaşır [3, 8].

Mühafizə tədbirləri: Mühafizəsi üçün tədbirlər görülməmişdir. Yeni yayılma ərazilərinin axtarılması, yasaqlıqların yaradılması vacibdir [2, 8].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Конспект флоры Кавказа, 2006 5. Ибадлы О.В. 2005; 6. Salayeva Z.K., 2006; 7. Schtaz G., Shulkina T., Solomon J., 2013; 8. Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Banketov S.A.

English name: not found

Habitat: Slopes and forest glades of middle mountain zone.

Distribution: Mountain part of Nakhchivan [5, 7].