Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Pastuxov daş sarmaşığı / Pastukhov lvy / Hedera Pastuchowii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Daşsarmaşığıkimilər—Araliaceae Juss.

Elmi adı / Scientific name: Hedera Pastuchowii Woronow

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Təhlükəli həddə yaxın olanlar'' kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Sarmaşan kol bitkisidir. Yarpaqları adətən dərivari, bəzən nazik dərivari, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən açıq, ər iki tərəfdən çılpaq və ya alt tərəfdən az parlaq pulcuqludur, 13 sm-ə qədər uzunluqda, 7 sm enində, iysizdir. Yarpaqların formaları müxtəlif və dəyişkəndir. Çiçək qrupu şarvari çətirdir, 5-20 çiçəklidir, çətirlər uzun, nazik ayaqcıqda, 2-6 sm uzunluqda, tək və ya 3-8 salxımlıdır. Bütün çiçək qrupu və yarpaqcıqların kənar hissəsi sıx, parlaq, sarı-qonur pulcuqlarla örtülüdür. Pulcuqlar çətinliklə seçilir. Meyvələri qara, 6-10 mm diametrindədir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi avqust-oktyabr, meyvəverməsi dekabrdan gələn ilin yayına kimi baş verir. Ovalıqlardan başlayaraq orta dağ qurşağına kimi, meşələrdə, əsasən açıq yerlərdə və talalarda rast gəlinir [2].

Yayılması: Böyük Qafqazın bütün rayonları, Lənkəran ovalığı, Lənkəranın dağlıq hissəsi [1, 2, 3, 4, 5].

Sayı və tendensiyası: Pantropogen amillərin təsiri və iqlim amillərinə həssaslığı təhlükə yarada bilər [6].

Məhdudlaşdırıcı amillər: Meşələrin qırılması nəticəsində yaşayış mühitinin pisləşməsi [2,6]

Mühafizə tədbirləri: Xüsusi qorunan ərazilərdə mühafizəsinin təşkili təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2.Azərbaycanın SSR-in Qırmızı kitabı, 1989; 3. Əsgərov A.M., 2006; 4. Safarov H.M., 2010; 5. MəmmədovQ., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N., Fərzəliyev V.S.

Şəkil: Kərimov V.N.

English name: Pastukhov lvy

Habitat: Forests glades from lowlands up to middle mountain zone.

Distribution: All regions of the (AZ) Greater Caucasus; Lankaran lowlands; mountain part of Lankaran.