Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Parlaq kledoxeta / not found / Cladochaeta candidissima 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asteraceae Dumort.

Elmi adı / Scientific name: Cladochaeta candidissima (Bieb.) DC.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15-40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7-10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çıpaqdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi iyun-avqust, meyvəverəsi iyul-sentyabr aylarına təsadüf edir. Arandan subalp qurşağına qədər çay kənarlarında və dənizsahili qumluqlarda rast gəlinir. Dərman bitkisidir [2, 4].

Yayılması: Böyük Qafqazın bütün rayonları (Quba rayonu – Cek kəndindən Xınalıq istiqamətinə, Xınalıq çayının yatağı boyu), Samur-Dəvəçi ovalığı, Qobustan, Abşeron [1, 2, 3, 5].

Sayı və tendensiyası: Antropogen amillər və sel daşqınları populyasiyanın azalmasını sürətləndirir [5].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən mal-qara ilə kortəbii otarılma, tapdalanma və dərman bitkisi kimi istifadə olunması, əsasən selbasar çay yataqlarında yayılması.

Mühafizə tədbirləri: Qournması üçün tədbirlər aparılmır, yeni yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, toxum bankında saxlanılması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması tələb olunur [6].

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2.Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Əsgərov A.M., 2008; 4. Мехтиева Н.П., 2010; 5.Tərtibçinin məlumatı.

Tərtibçi: Kərimov V.N.

Şəkil: Litvinskaya S.A., Kərimov V.N.

English name: not found

Habitat: Coastal dunes and river banks from lowlands to subalpine zone.

Distribution: All regions of the (AZ) Greater Caucasus (Guba region –from Jek village to Khinalig direction, along bed of Khinalig river); Samur –Devechi lowlands; Gobustan; Absheron.