Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Parlaq ölməz kol (Qırmızı tubulqa) / Scarlet firethorn / Pyracantha coccinea 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Pyracantha coccinea M.Roem.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1 ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 1-1.5 (2) m hündürlükdə, qollu-budaqlı, tikanlı koldur. Yarpaqları dərivari, uzunsov-ellipsşəkilli və ya uzunsov –lansetvari, bəzən yumurtavari, üstdən parlaq, tünd-yaşıl, alt hissədən solğun, kənarları dişli; saplaqları qısadır. Qalxanları budaqlı, çoxçiçəkli, sıx və tüklüdür. Çiçəkləri xırda, ağ və ya krem rəngindədir. Kasayarpaqları enli, üçbucaq formasındadır. Meyvələri şarvari, parlaq çəhrayı-qırmızı və ya mərcani-qırmızıdır, noxud boydadır, uzun müddət qalandır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi may-iyun, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarına təsadüf edir. Toxumla və vegetativ yolla çoxalır. Kseromezofitdir, arandan yuxarı dağ qurşağına kimi meşə kənərında, açıq meşələrdə, daşlı yamaclarda, kolluqların arasında, çay vadisinin çağıl daşları üstündə Euonymus europea, Cornus mas, Carpinus caucasica, Juniperus rufescens, Cotynus coggygria, Hippophae ramnoides, Myricaria bracteata, Lythrum salicaria, Polygonum hydropiper, Mentha longifolia, Verbena officinalis bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dekorativ, bal verən və dərman bitkisidir [1, 3].

Yayılması: Böyük Qafqazın bütün rayonları ( Quba rayonu-Amsar və Təngəaltı kəndlərinin ətrafı, çay kənarı; Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Zaqatala rayonları), Bozqır yaylası (Şəki rayonu), Kiçik Qafqazın mərkəzi hissəsi və cənub rayonları, Qobustan [1, 2,3].

Sayı və tendensiyası: Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, tapdalanma, kolların qırılması).

Mühafizə tədbirləri: Hal-hazırda xüsusi mühafizə tədbirləri aparılmır.

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1964; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Mehdiyeva N.P., 2011; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Mehdiyeva N.P., Mustafayeva S.C.

Şəkil: Yusifov E.F.

English name: Scarlet firethorn

Habitat: Shrublands, forest edges, open forests and stony slopes from lowlands to higher mountain zone.

Distribution: All regions of the (AZ) Greater Caucasus (Guba region-surroundings of Amsar and Tengealti villages, At the riverside; Gusar; Shamakhi; Ismayilli; Gabala; Oghus; Zagatala regions); Bozgir plateau (Sheki region); Sothern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Gobustan.