Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Paradoksal süsən / not found / Iris paradoxa 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris pseudacorus L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökemsovu qısa, sürünən, gövdə 7—18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3—4 sm uzunluğunda, 10—12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var. Tozcuq mavi, qutucuq oval və ya ellipsivari 3 tilli, itidir, 5-7 sm uzunluğundadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə dövrü aprel, meyvə əmələgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru, daşlı yamaclarda yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir [1, 3, 4].

Yayılması: Kiçik Qafqazın cənubu, Naxçıvanın dağlıq hissəsi (Vəlidağ və Dəhnə dağları ərazisində), Kür düzənliyi [1, 2, 4, 5, 6].

Sayı və tendensiyası: Populyasiyalarına nadir rast gəlinir, azalma tendensiyası müşahidə olunur [7].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma) və iqlimin dəyişilməsi [3].

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri hal-hazırda aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.C., İbrahimov Ə.Ş., 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Конспект флоры Кавказа, 2006 5. Ибадлы О.В. 2005; 6. Salayeva Z.K., 2006; 7. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010

English name: not found

Habitat: Dry, stony slopes of lower mountain zone.

Distribution: Southern (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan (Velidagh and Dehne mountain areas) [5, 7].