Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ovucvari rodotus / Netted Rhodotus, or Rosy veincap, Wrinkled peach / Rhodotus palmatus  


Şöbə / Division: Bazidili göbələklər – Basidiomycota

Sinif / Class: Agaricomycetes

Sıra / Order: Agaricales

Fəsilə / Family: Physalacriaceae Corner

Elmi adı / Scientific name: Rhodotus palmatus (Bul, Fr.) Maire

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Az öyrənilənlər"kateqoriyasına aiddir – DD. Nadir, relikt növdür.

Qısa morfoloji təsviri: Ksilotrof göbələkdir. Papaqcıq 3-5 sm diametrindədir, ekssentrik, kənarı zolaqlı, içəri qatlanmış, səthi torcuqvari-qırışıqlı, bir qədər həlməşik qatlı, ilk dövrdə parlaq mərcanvari-qırmızı, sonra ayaqcıqdan –solğunlaşandır. Lövhələr ayaqcığa qovuşan, bəzən ayaqcığa doğru azacıq sürüşən, qalın çəngəlvari anastomozlara malik, ağımtıl, sonradan papaqcıq rəngində olur. Ayaqcıq açıq-çəhrayı, ekssentrik, 1-3 x 0,3-0,7sm, düz və ya əyilmiş, yuxarı hissəsi dilikli, aşağısı hamar və ya zolaqlıdır. Ləti çəhrayıdır. Yeməli deyil [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Ksilotrofdur çürümüş, enliyarpaq ağacların gövdələrində yay aylarında, əsasən avqust ayında rast gəlinir [1, 2].

Yayılması: Gədəbəy ətrafı meşədə [3].

Sayı və tendensiyası: Populyasiyasıyanın ehtiyatı hal-hazırda azdır [3].

Məhdudlaşdırıcı amillər: Naməlumdur [3].

Mühafizə tədbirləri: Populyasiyanın vəsiyyətinə nəzarət vacibdir. Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır [3].

Ədəbiyyat / Reference: 1. Васильева Л.Н., 1973; 2. Sadıqov A.S. 2003; 3. Tərtibçilərin məlumatları.

Tərtibçi: Ağayeva D.N., Sadıqov A.S.

Şəkil: Qürbətov M.G.

English name: Netted Rhodotus, or Rosy veincap, Wrinkled peach

Habitat: Mountain forests.

Distribution: Northern (AZ) Lesser Caucasus (Gadabay region).