Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Oraqmeyvə qalxanək  / not found / Grammosciadium platycarpum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Grammosciadium platycarpum Boiss. et Hauskns. (Caropodium platycarpum Boiss. et Hausskn.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2c+3c; C2a(i)b. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, çılpaq bitkidir. Gövdə qalxanvari budaqlanır, 20-45 sm hündürlüyündədir. Yarpaq ayası nazik, sərt və yarıqlıdır, kasa yarpaqlarınındişcikləri görünür. Yarpaq lövhələri lansetvaridir, ikiqat-yarılmış lələklidir, son ayları uzun, nazik, cod tükcüklüdür. Çətirlərində 5-12 ədəd şüaları vardır. Kasa yarpaqlarının dişicikləri qısa, bizvaridir, meyvə ətarfında bərkdir. Meyvələri çox uzundur, 9-10 mm-dir, qanadsızıdır, qısa yoğun ayaqcıqlı, pişik pəncəsinə bənzərdir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşaqlarında, meşə -kolluq, quru yamaclarda rast gəlinir. Efiryağlı bitkidir [4].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Küküdağ, Dərəboğaz və Batabat əraziləri; Culfa rayonu-Aracıq dağ; Ordubad rayonu –Nürgüt, Nəsirvaz kəndləri ətrafı) [1, 5].

Sayı və tendensiyası: Antropogen təsirlər nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur [6].

Məhdudlaşdırıcı amillər: Ədviyyat kimi əhali tərəfindən həddindən artıq toplanılması.

Mühafizə tədbirləri: Populyasiyaları nisbətən təhdit altında olduğundan qorunması vacibdir [5]. Yayıldığı ərazilərdə bərpası mümkündür [3].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. İbadullayeva S.C., 2004; 3. Ибадуллаева С.Д.и др., 2009; 4. Ибадуллаева С.Д. и др., 2010; 5. Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010; 6. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: İbadullayeva S.C., Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010.

English name: not found

Habitat: Forests-shrublands, dry slopes of middle and higher mountain zone.

Distribution: Mountain part of Nakhchivan (Shahbuz region- Kukudagh, Dereboghaz and Batabat areas; Julfa region –Arajig mountain; Ordubad region- around Nurgut, Nesirvaz villages).