Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Olimpiya akvilegiyası / not found / Aquilegia olympica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Ranunculales

Fəsiə/ Family: Qaymaqçiçəkkimilər – Ranunculaceae Juss.

Elmi adı / Scientific name: Aquilegia olympica Boiss.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 60 sm hündürlükdədir. Yarpaqları ikiqat üçərdirlər, üstdən tünd yaşıl, latdan bozumtul rəngli, kökətrafı –uzun saplaqlı, gövdə -qısa saplaqlı, yuxarıdakılar kiçilmiş, oturaq, üç yerə bölünmüşdür. Çiçəkləri tək, 5-10 sm diametrində, ağ büküklü göy rənglidir. Ləçəklərin ayası dəyirmi, ağ, sonluqda qarmaqvari qatlanmış, 1-2 sm uzunluqda, mahmızlıdır. Toxumları qara, xırda qırışlıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun və Iyul aylarına təsadüf edir. Kseromezofitdir. Toxumla çoxalır. Kolluqlarda, çəmənlərdə, meşə talalarında subalp qurşağından alp qurşağına kimi rast gəlinir. Zəhərlidir. Dərman və dekorativ bitkisidir [ 1, 2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi və Qərb hissəsi, Kiçik Qafqazın şimal hissəsi [ 1, 3].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpasında mənfi təsirlərdən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir [ 4].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən dekorativ əhəmiyyətinə görə yığılması, otarılma, tapdalanma və iqlim amillərinə həssaslıq.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Мехтиева Н.П., 2006; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N., Mehdiyeva N.P.

Şəkil: Mehdiyeva N.P., Gerber E.

English name: not found

Habitat: Meadows and forest glades of subalpine and alpine zone.

Distribution: Guba part of the Greater Caucasus; Western (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus.