Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Naziklifli lepiota / Downy lepiota / Lepiota tomentella 


Şöbə / Division: Bazidili göbələklər – Basidiomycota

Sinif / Class: Agaricomycetes

Sıra / Order: Agaricales

Fəsilə / Family: Agaricaceae Clem.

Elmi adı / Scientific name: Lepiota tomentella J.E. Lange

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri: meyvə cismi torpaqda və döşənəkdə inkişaf edir. Papaqcıq 1,5-2 sm diametrindədir, nazik lətlidir, qabarıq zəngvari, sonradan qabarıq sərilmiş, mərkəzdə kiçik şişkin, quru, gilvari-qəhvəyi, nazik lifli-pulcuqludur. Lövhələr sərbəst, nazik, sıx, əvvəl ağ, sonradan krem, krem-oxra rənglidir. Ayaqcıq 2-5 x 0,1-0,3sm, düz, əsasa doğru bir qədər əyilmiş və qalınlaşmış, yuxarı hissədə ağ-ocralı, aşağı hissədə oxralı – qəhvəyi, keçəvari örtüklüdür. Ayaqcıqdakı halqa tez itib gedir. Yeməli və ya zəhərli olması məlum deyil [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Humus və döşənək saprotrofudur. Quercus cə Carpinus növlərindən ibarət qarışıq enliyarpaq meşədə aşkar edilmişdir [1].

Yayılması: Xaçmaz rayonu, Yalama meşəsi [3].

Sayı və tendensiyası: Populyasiyasıyanın vəziyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Zəngin tərkibli torpaqlara tələbkarlıq.

Mühafizə tədbirləri: Populyasiyanın vəziyyəti nəzarət altında saxlanılmalıdır. Yeni bitmə yerləri aşkar edilməli və kultura kolekksiyasında saxlanılmalıdır. Göbələyin biologiyası və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.

Ədəbiyyat / Reference: 1. Sadıqov A.S. 1999; 2. Вассер С.П. 1980; 3. Tərtibçilərin məlumatları.

Tərtibçi: Ağayeva D.N., Sadıqov A.S.

Şəkil: AMEA-nın Botanika İnstitutunun Herbari Fondu, Qürbətov M.G.

English name: Downy lepiota

Habitat: Broadleaved forest.

Distribution: Samur-Devechi lowlands (Khachmaz region-Yalama forest).