Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Nar / Pomegranate / Punica granatum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Myrtales

Fəsiə/ Family: Narkimilər—Punicaceae Horan.

Elmi adı / Scientific name: Punica granatum L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1ab(i, ii, iii, v)+2ab(i, ii, iii, v).

Qlobal IUCN Status: LC

Qısa morfoloji təsviri: Hündürlüyü 1,5-5 m olan kiçik ağac və ya koldur. Qısalmış zoğları, adətən tikana çevrilir. Yarpaqları qarşı-qarşıya düzülmüş və ya topada yığlmışdır. Uzunsov və ya uzunsov-lansetvari, küt və ya iti, dərivari, bütövkənarlı, parlaq, töküləndir. Çiçəkləri iri olub 4-5 sm diametrindədir, tək və ya 2-3 ədəd olmaqla qısa çiçək saplağı üzərində qoltuqda yerləşir. Kasacığı qırmzı, 5-8, qalın, enli üçbucaq şəklində qanadlıdır. Ləçəkləri al-qırmızı, 3-5 sm uzunluğunda, nazikdir. Meyvəsi iridir, yumrudur, parlaq-qırmızı və ya sarı rənglidir. Çoxtoxumludur, üzəri lətlidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi iyun-iyul, meyvəverməsi oktyabr aylarına təsadüf edir. Quraq yamaclarda, çay vadilərində, aşağı dağ qurşağında rast gəlinir. Boyaq, dekorativ, dərman və qida bitkisidir[1, 2, 5].

Yayılması: Lənkəran, Samur-Dəvəçi və Kür-Araz ovalıqları, Lənkəran Muğanı, Böyük və Kiçik Qafqazın bütün rayonları, Qobustan, Kür və Naxçıvan düzənliyi [1, 3, 4].

Sayı və tendensiyası: Əhali tərəfindən geniş istifadə edilməsi populyasiyanın azalma tendensiyasını sürətləndirir [6].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (kolların qırılması).

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989; 3. Şükürov E., Əsgərov F., Zaytsev Y., 2008; 4. Naxçıvan MR-in Qırmızı kitabı, 2010; 5.

Mehdiyeva N.P., 2011; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Kərimov V.N.

Şəkil: Mehdiyeva N.P., Kərimov V.N.

English name: Pomegranate

Habitat: Dry slopes and river valleys of lowlands and lower mountain zone.

Distribution: All regions of the (AZ) Greater Caucasus; Samur-Devechi lowlands; Gobustan; all regions of the (AZ) Lesser Caucasus; Kur plain; Kur-Araz lowlands; Lankaran lowlands; Lankaran Mughan; Nakhchivan plain.