Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Mlokoseviç pionu / Golden peony, Caucasian peony / Paeonia mlokosewitschii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Paeoniales

Fəsiə/ Family: Pionkimilər – Paeoniaceae Rudolphi

Elmi adı / Scientific name: Paeonia mlokosewitschii Lomak.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov –yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiəkləri solğun – sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir. Meyvələri buynuz şəklində qutucuq meyvədir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi may, meyvə verməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağında meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir [1, 3].

Yayılması: Lənkəranın dağlıq (Lerik rayonu) və Böyük Qafqazın qərb hissələri (Zaqatala rayonu) [1, 2, 3, 4].

Sayı və tendensiyası: Populyasiyanın sayı kəskin azalır, ətraf mühit amillərinə həssaslığı və xüsusi yaşayış mühitinə tələbkarlığı müşahidə olunur [ 4].

Məhdudlaşdırıcı amillər: Yaşayı mehitinin deqradasiyası (yayıldığı fitosenozlarda palıd və qaratikanların qırılması).

Mühafizə tədbirləri: Arealların ciddi nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması. Toxumla çoxalan, xüsusi şəraitdə olduqca tələbkar bitkidir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Azərbaycan SSR-in Qıırmızı Kitabı, 1989; 3. Əsgərov A.M., 2005; 3. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N., Səfərov H.M.

Şəkil: Murtuzaliyev R.A., Kərimov V.N.

English name: Golden peony, Caucasian peony

Habitat: Forest edge and glades, shrublands of middle mountain zone.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala region); mountain part of Lankaran (Lerik region) [2].