Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Medvedyev süsəni / not found / Iris medwedewii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris medwedewii Fomin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz – xətti, 2-3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara – bənövşəyi, 3-4 sm uzunluğunda, 10-13 mm enində, daxildəkilər –iri, tərs –yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır. Tozcuqları sarımtıldır. Sütuncuğun hissəcikləri sarımtıl-qonur rəngli qonur ləkələrlə, dilimləri küt, diş-dişdir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel ayında çiçəkləyir, may ayında toxumlayır, orta dağ qurşağında quru, daşlı yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Dekorativ bitkidir [2].

Yayılması: Diabar (əsasən Lerik rayonu və Qosmalyan kəndinin ətrafında) [2, 3, 4, 5, 6].

Sayı və tendensiyası: Populyasiyanın vəziyyətinin pisləşməsi və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur [6].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma), ətraf mühitin sərt amillərinə həssaslıq və zəif təkrarlanması.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumların toxum bankında saxlanılması təklif olunur.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2.Флора Азербайджана, 1952; 3..Ибадлы О.В. 2005; 4. Əsgərov A.M., 2005; 5. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012; 6. Tərtibçinin məlumatı.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Yusifov E.F.

English name: not found

Habitat: Dry stony slopes of middle mountain zone.

Distribution: Diabar (mainly around Lerik region and around Gosmalyan village).