Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Marşal süddüyəni  / not found / Euphorbia marschalliana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Euphorbiales

Fəsiə/ Family: Südləyənkimilər –Euphorbiaceae Juss.

Elmi adı / Scientific name: Euphorbia marschalliana Boiss.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs –yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya trs yumurtavari, 8-15 mm uzunluğunda, qısa itiuclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq –böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır. Toxumları uzunsov, ağ, hamar, iri konusvari-yumurtaşəkilli, iti çıxıntılıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə dövrü may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Kserofitdir. Orta dağ qurşağının quru, daşlı-çınqıllı yamaclarında, Astragalus hohenackeri + Acantholimon hohenackeri və Pimpinella aureum + Bilacunaria microcarpa+Satureja spicigera assosiasiyalarınının tərkibində rast gəlinir. Dərman bitkisidir [1,3, 5].

Yayılması: Diabar (Lerik rayonu – Kələvəz kəndi, Qayalıq ərazi, Zərinqala, kosmolayan, Şonaçola kəndləri, Kosmalyan-Kəlvəz -Görtəpə-Mistan-Digov dağları, Cəngəmiran kəndi ilə Pirzəkücə arası, Pirəsora kəndi); Naxçıvan düzənliyi (Babək və Şərur rayonu) [1, 5, 4,6].

Sayı və tendensiyası: Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir [2,6].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanma)

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Гаджиев В., Мусаев С., 1996; 3. Растительные ресурсы СССР, 1986; 4. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008; 5. Мехтиева Н.П., 2006; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mehdiyeva N.P., Kərimov V.N., Zeynalova S.Ə.

Şəkil: Kərimov V.N., Səfərov H.M.

English name: not found

Habitat: Lowland and mountain forests.

Distribution: Diabar (lerik region – Kelvez village, Gayalig area, Zeringala, Gosmalyan, Shonachola villages, Gosmalyan –Kelves-Goytepe-Mistan-Digov mountains, between jengemiran and Pirzekuje villages, Pirasora village); Nakhchivan lowlands (Babek and Sharur regions).