Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Məxməri gərməşov  / not found / Eounymus velutina 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Celastrales

Fəsiə/ Family: Gərməşovkimilər—Celastraceae R.Br.

Elmi adı / Scientific name: Euonymus velutina Fisch.et C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar”– VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 1,5-4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3-5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs –yumurtavari, 2-8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1-6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir. Toxumu yumurtavari, qonur tamamilə örtüklə əhatə olunmuşdur [2, 4].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: May – iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Tozlanması entomofildir. Mikrofanerofitdir. Toxum vasitəsilə və vegetativ üsulla çoxalır. Dəniz səviyyəsindən 1800 m yüksəkliyə kimi olan işıqlı meşələrdə, dağ yamaclarında və dərələr boyunca bitir, orta dağ qurşaqlarınadək qalxır. Seyrədilmiş meşələrdə, meşə kənarında, kollar arasında, dağ yamaclarında və vadilərdə dağınıq halda bitir[1, 2]. Dekorativ bitkidir. Yaşıllaşdırmada istifadə olunur. Yarpaqlarında alkalloidlər vardır. Kök qabığındakı kauçukabənzər maddələrin miqdarı 5-7%-dir[1].

Yayılması: Kür –Araz ovalığı, Kiçik Qafqazın mərkəzi və cənub hissəsi (Xocavənd), Böyük Qafqazın qərb (Zaqatala Dövlət Təbiət Qoruğu) və şərq hissəsi (İsmayıllı rayonu-Talıstan kəndi), Lənkəran Muğanı, Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu – Bürcəli və Rvo kəndləri ətrafı; Lerik rayonu –Hamarat kəndi ətrafı) [1, 3].

Sayı və tendensiyası: Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir [5].

Məhdudlaşdırıcı amillər: Yanğınlar və ağacların qırılması nəticəsində bitmə şəraitinin pozulması, təbii bərpanın zəifliyi.

Mühafizə tədbirləri: Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2.Azərbaycanın ağac və kolları, 1970; 3.Azərbaycanın SSR-in Qırmızı kitabı, 1989; 4. Səfərov H.M., Fərzəliyev V.S., 2008; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Məmmədov T.S., Fərzəliyev V.S., Səfərov H.M.

Şəkil: Ovari M.

English name: not found

Habitat: Lowlands and mountain forests.

Distribution: Western (AZ) Greater Caucasus (Zagatala State Nature Reserve); Eastern (AZ) Greater Caucasus (Ismayilli region-Talistan village); Central (AZ) Lesser Caucasus (Khojavend); Southern (AZ) Lesser Caucasus; Kur-Araz lowlands; Lankaran Mughan; mountain part of Lankaran (Lankaran region –around Burcheli and Rvo villages; Lerik region – around Hamarat village).