Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Mərcanvari herisium / Corall tooth / Hericium coralloides 


Şöbə / Division: Bazidili göbələklər – Basidiomycota

Sinif / Class: Basidiomycetes

Sıra / Order: Hericiales Jülich

Fəsilə / Family: Hericaceae Donk

Elmi adı / Scientific name: Hericium coralloides (Scop.) Pers.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Kritik təhlükə həddində olanlar"kateqoriyasına aiddir – CR B1b(i, iii) + 2b(ii, iii). Nadir növdür.

Qısa morfoloji təsviri: Meyvə cismi oduncaqda inkişaf edir, birillik, mərcanvari budaqlanmış, möhkəm ayaqcıq əsaslı, 5-13 sm diametrindədir, cavan meyvə cismi ləti liflidir, qar kimi ağ, sonradan və ya əl ilə toxunduqda, xüsusi qurudulduğu zaman qonur rəng alır. Ləti ağ, lifli, xoş göbələk ətirlidir. Himenofor tikanlıdır, tikanlar budaqların alt hissəsində, konusvari, 4-10 mm uzunluğunda, mumvari konsistensiyalıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: ksilotrofdur, oduncağın çürüməsini törədir. Quercus cinsinin növlərində, əsasən gövdəsində rast gəlinir. Meyvə cisimləri tək-tək, payız mövsümündə rast gəlinir [2].

Yayılması: Balakən rayonunun Mahamalar kəndi ətrafında [3].

Sayı və tendensiyası: Yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: İnkişafı üçün çürümüş enliyarpaqlı ağac növlərinə tələbat [3].

Mühafizə tədbirləri: Populyasiyanın vəziyyətinə nəzarət, yeni əmələgəlmə yerlərini aşkarlamaq və mitselilərini kultura kolleksiyasında saxlamaq. Çox nadir hallarda təsadüf edildiyi üçün qorunması vacibdir [3].

Ədəbiyyat / Reference: 1. Васильева Л.Н., 1973; 2. Sadıqov A.S. 2001; 3. Tərtibçilərin məlumatları.

Tərtibçi: Ağayeva D.N., Sadıqov A.S.

Şəkil: AMEA-nın Botanika İnstitutunun Herbari Fondu.

English name: Corall tooth

Habitat: On broadleaved trees.

Distribution: Western (AZ) Greater Caucasus (Balakan region – Mahamalar village).