Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Müsəlman süsəni / not found / Iris musulmanica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris musulmanica Fomin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, sürünən, gövdə 40-60 (70) sm hündürlükdədir. Yarpaqlar xətvari, 10-15 mm enində, kökyanı yarpaqlar bəzən uzun olur. Təpə yarpaqları otşəkilli, kənarları ağ pərdəlidir. Çiçək qrupu 4-5 çiçəklidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluğunda, mavidir. Çiçəkyanlığının borucuğu 2,5 -3 dəfə yumurtalıqdan qısadır. Xarici tərəfi ellipsivari-dairəvi, ayası oyuqsuz, təpə hissədə aşağı bükülmüşdür. Daxili hissəsi tərs-neştərşəkilli, oyuqlu, dar dırnaqcıqlı, sütuncuğun tərəfi dırnaqcığa bərabərdir. Yumurtalıq uzun borucuqludur. Qutucuq uzun silindrvari, qısa buruncuqlu, 6 qabrğalı, paralel yaxınlaşmışdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Düzənlikdən aşağı dağ qurşağına qədər yayılmışdır. Rütubətli-bataqlıqlı, duzlutəhər yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Çiçəkləməsi may, meyvə verməsi iyun ayına təsadüf edir [5].

Yayılması: Naxçıvan düzənliyi və aşağı dağlıq hissəsi (Sədərək rayonu, Heydərabad qəsəbəsi, Culfa rayonu, Gülüstan kəndi ərazisi) [1, 2, 4, 5, 6, 7].

Sayı və tendensiyası: Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur [3, 7].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma).

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma ərazilərinin axtarılması vacibdir.

Ədəbiyyat / References: 1. Карягин И.И., 1952; 2. Ибадлы О.В. 2005; 3. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981; 4. Salayeva Z.K., 2006; 5.Talıbov T.H., İbrahimov Ə.Ş., 2008; 6. Конспект флоры Кавказа, 2006; 7.Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V., Qaraxani P.X.

Şəkil: İbadlı O.V.

English name: not found

Habitat: Humid slopes from lowland mountain zone.

Distribution: Nakhchivan plain and mountain part of Nakhchivan (Sederek region, Heyderabad settlement, Julfa region, Gulustan village area).