Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Leonis dombalanı / Desert truffle / Terfezia leonis 


Şöbə / Division: Kisəli göbələklər – Ascomycota

Sinif / Class: Pezizomycetes

Sıra / Order: Pezizales

Fəsilə / Family: Pezizaceae Dumort.

Elmi adı / Scientific name: Terfezia leonis (Tul.& C. Tul.) Tul.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür.

Qısa morfoloji təsviri: Torpaq səthinə yaxın əmələ gələn meyvə cismi 4-6 sm diametrində və ya bir qədər uzunsov, kartofa bənzərdir. Xarici səthi – peridi əvvəl açıq, sonradan tündləşərək qonura çalır, dərivaridir. Göbələyin xüsusi iyi və dadı yoxdur. Yarıya kəsilmiş halda ləti şirəlidir, birrəng deyil [1, 2, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, taxıllardan, əsasən Artemisia, Hordeum, Poa və Salsola cinslərinin növlərindən ibarət fitosenozlarda mikoriza əmələ gətirir. Azərbaycanın bozqır və dağətəyi bölgələrində, bəzən az şoranlaşmış torpaqlarda aprel-may aylarında, az-az əmələ gəlir. Kütləvi əmələ gəlməsi bir neçə ildən bir müşahidə edilir [3], meyvə cisimləri sporadik, bəzən kopalarla rast gəlinir.

Yayılması: Ağdam, Füzuli, Qobustan, Naxçıvan Muxtar Respublikası (Şahbuz rayonu) [2, 4].

Sayı və tendensiyası: Yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Meyvə cisimlərinin tədricən yetişməsi, onların kütləvi yığılması ilə əlaqədar göbələk populyasiyanın həssaslığı [4].

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Az –az təsadüf edildiyi üçün kütləvi yığılmasına məhdudiyyət qoyulması məqsədəuyğundur [4].

Ədəbiyyat / Reference: 1. Джафаров С.А., 1965; 2.Azərbaycan SSR ensiklopediyası. Dombalan. 1979; 3. Sadıqov A.S. 2007; 4. Tərtibçilərin məlumatları.

Tərtibçi: Ağayeva D.N., Sadıqov A.S.

Şəkil: Yusifov E.F.

English name: Desert truffle

Habitat: Foothills and steppe areas; sometimes saline sites.

Distribution: Gobustan; Lesser Caucasus (Aghdam, Fuzuli); mountin part of Nakhchivan (Shahbuz region).