Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Lənkəran dovşankələmi / Lankaran stonecrop / Sedum lenkoranicum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Saxifragales

Fəsiə/ Family: Dovşankələmikimilər – Crassulaceae

Elmi adı / Scientific name: Sedum lenkoranicum Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, çılpaq, ot bitkisidir. Gövdələr 6-15 sm hündürlükdədir. Yarpaqlar növbəli, qısa silindirvari, küt 3-6 mm uzunluğunda, 1-1,5 mm enindədir. Çiçək qrupu çətirvari-qalxan, 2-3 aralanan budaqlıdır. Çiçəklər oturaqdır. Kasacıqlar uzunsov –lansetvari, 2-3 dəfə tacdan qısadır. Ləçəklər 5-6 mm uzunluğunda, ağ və ya çəhrayı, lansetvari, ortada al qırmızı damarlıdır. Erkəkciklər 10, ləçəklərdən qısadır, ağ saplaqlı və qara-qırmızı tozcuqludur. Meyvəciklər 5 mm uzunluğunda, ağımtıl, lansetvari, 1mm uzunluğunda olan nazik buruncuqludur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə -meyvə əmləgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında meşələrdə və qayalıqlarda rast gəlinir [1].

Yayılması: Diabar və Lənkəranın dağlıq hissəsi [1].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur [2].

Məhdudlaşdırıcı amillər: Yayılma sahəsinin məhdud olmas və əhali tərəfindən mal-qara ilə otarılması.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Əhmədzadə F.Ə., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: Lankaran stonecrop

Habitat: Forests and rocks of middle mountain zone.

Distribution: Diabar; mountain part of Lankaran.