Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kuznetsov söyüdü / not found / Salix kuznetzowii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Salicales

Fəsiə/ Family: Söyüdkimlər—Salicaceae Lindl.

Elmi adı / Scientific name: Salix kuznetzowii Laksch. Ex Goerz

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın nadir, endemik növüdür.

Qısa morfoloji təsviri: Gövdələri qonur rəngli, çılpaq koldur. Tumurcuqlar 5 mm-ə qədər uzunluqda, qonur və ya qəhvəyi rəngli, çılpaq və ya tükcüklüdür. Yarpaqlar 7-13 sm uzunluğunda, 3-4 sm enində, uzunsov və ya tərs –yumurtvari, bəzən dar-ellipsivari, tamkənarlı və ya bərabər olmayan dişcikli, üst tərəfdə tünd, alt tərəfdə ağımtıl-keçəlidir. Sırğalar uzun sapların üzərindədir. Erkək sırğalar yumurtavari, 3 sm uzunluqdadır; dişicik sırğaları silindrvari, 4-7 sm uzunluğunda, meyvəverən zaman 12 sm-ə qədərdir. Yumurtalıq ağ keçəli, yumurtavari-konusvari, 3-4 mm uzunluğunda olan saplağın üzərindədir. Dişicik ağzı sütuncuq kimi qırmızı-qəhvəyi rənglidir. Meyvənin ağızcıqları ilbizvari burulmuşdur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kseromezofitdir, subalp qurşağında rütubətli yerlərdə [1], meşə qurşağının yuxarı hissəsində, subalp, qismən də alp qurşaqlarında, daşlar arasında, tozağacı meşələrində rast gəlinir [1, 2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi 9Qudyalçayın yuxarı axarı, Qusar rayonu və Şahdağ silsiləsi arasında) [1, 2].

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 3.Tərtibçinin məlumatı.

Tərtibçilər: Əhmədzadə F.Ə.

Şəkil: Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989.

English name: not found

Habitat: Upper forest belt of subalpine and alpine zone.

Distribution: Guba part of Greater Caucasus (upper stream of Gudiyalchay; between Gusar region and Shahdagh chain).