Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kox şamı / Koch’s pine / Pinus kochiana 


Şöbə / Division: Çılpaqtoxumlular – Gymnospermae (Pynophyta)

Sinif / Class: İynəyarpaqlılar (Qozadaşıyanlar) – Pinopsida

Sıra / Order: Pinales

Fəsiə/ Family: Şamkimilər – Pinaceae Lindl.

Elmi adı / Scientific name: Pinus kochiana Klotzsch ex C.Koch (p. Hamata (Stev.) Sosn., P. Sosnowskyi Nakai, P. sylvestris L. subsp. Hamate (Stev) Fomin., P. Sylvestris subsp. Kochiana (Klotzsch ex C.Koch)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kataqoriyasın aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Hündürlüyü 15—20 (35) m-ə çatan həmişəyaşıl ağacdır. İynəyarpaqları düzdür və yaxud bir qədər əyiləndir, sərtdir, ucaları itidir, göyümtül – yaşıl və ya göy rəngdədir. Qozaları qısa – yumurtavari v yaxud uzunsov – ovaldır, qonur—boz rəngdə parlaqıdır, tək—təkdir və yaxud 2-4 –ü bir yerdədir. Toxumları bozumtuldur, 4—5 mm-ə qədər uzunluğunda, 2—4 mm enindədir, qanadlarının uzunluğu 12—15 mm-dir [1, 2,].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Mart—aprel aylarında tozlanır, qozaları ikinci il yetişir. Ancaq toxumla çoxalır. Tozlanması anemofildir. Soyuğadavamlıdır. Mezokserofitdir. Havanın quraqlığına orta dərəcədə davamlıdır. Torpq-qrunt şəraitinə az tələbkardır, orpağın şoranlığına davamlı deyildir. Fıstıq, vələs və tozağacı ilə qarışıq halda, daşlı – qayalı yamaclarda yayılmışdır [1, 3].

Yayılması: Alazan – Əyriçay vadisində, Balakən rayonunda Balakənçayın sağ qolları olan Bulanlıqçay və Qaraborsu çaylarının hövzələrində, Göygöl rayonunda Murovdağ silsiləsinin bir qolu üzərində yerləşmiş Göygölün şərq sərhəddində, Naxçıvanın Biçənək meşəsi ərazisində və Keçəldağ yaxınlığındakı palıd meşəliyində rast gəlinir [1, 2, 4, 5].

Sayı və tendensiyası: Geniş yayılma ərazilərinin mövcudluğuna baxmayarq, antropogen amillərin təsirlərinə məruz qalır. Azərbaycanda ən geniş massivi Göygöl Milli Parkında 150 hektara yaxın ərazidədir [ 5].

Məhdudlaşdırıcı amillər: Meşəərin sistemsiz kəsilməsi, yanğınlar, enliyarpaqlı cinslərlə əvəz olunması, təbii bərpanın zəif olması [ 5].

Mühafizə tədbirləri: Göygöl Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Mövcud mühafizəsi gücləndirilməlidir.

Ədəbiyyat / References: 1. Prilipko L.İ. 1961; 2. Azərbaycan SSR-in Qırmızı Kitabı, 1989; 3. Məmmədov Q., Xəlilov M., 2002; 4. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 5. Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S.

Şəkil: Fərzəliyev V.S.

English name: Koch’s pine

Habitat: Broadleaved mountain forests, rocky slopes.

Distribution: Alazan – Eyrichay valley (basin of Bulanlig and Garaborsu rivers of Balakanchay of Balakan reion); Northern (AZ) Lesser Caucasus (eastern boundaries of Goygol located on Murovdagh mountain chain of Golgol region); Nakhchivan, around Bichenek forest and Kecheldag mountain.