Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Komarov birəotu / not found / Pyrethrum komarowii 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər - Asteraceae Dumort.

Elmi adı / Scientific name: Pyrethrum komarowii Sosn.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Regional IUCN Statusu: NT [5].

Qısa morfoloji təsviri: Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10-15 mm uzunluğunda, 4-5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-avqust aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı (kserofit), işıqsevəndir (heliofit), alp qurşağında rast gəlinir [1, 3, 4].

Yayılması: Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu- ordubad şəhəri və Paraqa kəndi ətrafı, Qapıcıq dağı; Culfa rayonu- Ləkədağ dağı; Şahbuz rayonu – Biçənək kəndi ətrafı, Keçəldağ ətrafı) [1, 2, 4].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyyatı azdır, mənfi təsirlərə həssaslıq müşahidə olunur [4, 6].

Məhdudlaşdırıcı amillər: Antropogen, zoogen, iqlim amillərinin təsiri.

Mühafizə tədbirləri: Yayıldığı ərazilərin tam mühafizəsi, Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması [4], növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur [2].

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Mustafayeva S.C., 2008; 4. Naxçıvan MR-in Qırmızı kitabı, 2010; 5. Schtaz G., Shulkina T., Solomon J., 2013; 6. Tərtibçinin məlumatı.

Tərtibçi: Abdıyeva R.T.

Şəkil: Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.

English name: not found

Habitat: Alpine zone.

Distribution: Northern (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan (Ordubad region – around Ordubad city and Paragha village, Gapijig mountain; Julfa region – Lekedagh mountain; Shahbuz region –around Bichanak village and Kecheldagh).