Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Koçi birəotu / not found / Pyrethrum kotschyi 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər - Asteraceae Dumort.

Elmi adı / Scientific name: Pyrethrum kotschyi Boiss.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5-3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üş yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütpv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Toxumla çoxalır. Alp qurşağındakı qayalıqlarda rast gəlinir, quraqlığa davamlı (kserofit), işıqsevən bitkidir (heliofit) [2, 3].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu – Keçəldağ və Naxçıvançay ilə Arpaçay arasında) [1, 2, 4].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyyatı azdır. Yeganə lokalitetində mənfi təsirlərə həssaslıq müşahidə olunur [5].

Məhdudlaşdırıcı amillər: Məhdud halda yayılması, populyasiyanın zəif təkrar edilməsi, antropogen və zoogen təsirlər [4].

Mühafizə tədbirləri: Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması [4], növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. Mustafayeva S.C., 2008; 4. Naxçıvan MR-in Qırmızı kitabı, 2010; 5. Tərtibçilərin məlumatları.

Tərtibçi: Abdıyeva R.T., İbadullayeva S.C.

Şəkil: Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.

English name: not found

Habitat: Rocks of alpine zone.

Distribution: Mountain part of Nakhchivan (Shahbuz region – Kcheldagh and between Nakhchivanchay and Arpachay).