Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kiçik itotu / Dwarfich horehound / Marrubium nanum 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Lamiales

Fəsilə / Family: Dalamazkimilər – Lamiaceae Lindl.

Elmi adı / Scientific name: Marrubium nanum

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür.

Regional IUCN Statusu: NT

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 9-25 sm hündürlüyündədir. Gövdə yarpaqları tərs-yumurtavari, dişcikli, üst yarpaqlar xırda, üst tərəfdən yaşıl, alt tərəfdən açıqdır. Dəstələr çoxçiçəkli, çiçəkaltlıqları bizvari, uzuntükcüklüdür. Kasacıq 5 dişciklidir, küncvari-bizvari dişciklər ilə örtülür. Tac açıq çəhrayıdır, kasacıqdan çıxandır. Fındıqcıqlar ellipsvari, qonur rənglidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə dövrü may ayına təsadüf edir [1].

Yayılması: Naxçıvanın dağlıq hissəsi [1].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur [2].

Məhdudlaşdırıcı amillər: İqlim və antropogen amillər (otarılma, tapdalanma və otlaqların biçilməsi).

Mühafizə tədbirləri: Yeni arealları axtarılmalıdır.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Tərtibçilərin məlumatları.

Tərtibçi: Əhmədzadə F.Ə., İbadullayeva S.C.

Şəkil: Mehdiyeva N.P.

English name: Dwarfich horehound

Habitat: Mountainous areas.

Distribution: Mountain part of Nakhchivan.