Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kaspi andızı / Caspian inula  / İnula caspica 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər - Asteraceae Dumort.

Elmi adı / Scientific name: İnula caspica Blum ex Ledeb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Gövdəsi düz, çılpaq, çiçək qrupunda qalxanvari-budaqlı, 30-50 sm hündürlükdə çoxillik ot bitkisidir. Yarpaqlar lansetvari və ya xətti-lansetvari, kənarlardan düz, çılpaq, alt tərəfdən və kənarlardan nahamar, yuxarı yarpaqlar oturaq və əsasında küt qulaqcıqlarla, çılpaq ya da xırda təpəciklidir. Örtücük 15-22 mm diametrində, çöl yarpaqcıqları qısa, qabıqlı, kənardan təpə hissəsi tükcüklü, daxili pərdəli, ensiz xətlidir. Qılçıq çiçəkləri ensiz, çıxsaylıdır. Toxumcaları tükcüklüdür [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə və meuvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Toxumla çıxalır, mezofitdir, işıqsevən, uzlaşmaya avamlıdır, dəniz kənarında, psammofit-litoral qruplaşmalarda rast gəlinir, Dərman bitkisidir [1, 2].

Yayılması: Lənkəran ovalığı (Sara adası) [1].

Sayı və tendensiyası: Populyasiyanın təbii ehtiyatı azdır [3].

Məhdudlaşdırıcı amillər: İqlimin təsiri.

Mühafizə tədbirləri: Qorunma tədbirləri təşkil olunmur. Bitdiyi yerlərin tam mühafizəsi, növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma ərazilərinin aşkar edilməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2. Мехтиева Н.П., 2010; 3.Tərtibçinin məlumatı.

Tərtibçi: Abdıyeva R.T.

Şəkil: Litvinskaya S.A.

English name: Caspian inula

Habitat: Coastal zone, lowlands.

Distribution: Lankaran lowlands (Sara adasi).