Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Karyagin itburnu / Karjagini resehip / Roza karyagini 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəkkimilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Roza karyagini Sosn.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, prioritet endemik növüdür.

Regional IUCN Statusu: NT [5].

Qısa morfoloji təsviri: 50-60 sm hündürlüyündə, kiçik kolcuqdur. Yarpaqları 5-6,5 sm uzunluğunda, yarpaqcıqlar 7 ədəd, 15-18 mm uzunluğunda, 10-15 mm enində, hər iki tərəfdən, xüsusilə yuxarıdan tükcüklü, vəzilidir. Çiçəkləri 3-5, azçiçəkli, qalxan çiçək qrupunda toplanmışdır. Meyvəsi yumurtavari və ya oval-yumurtavari, çılpaq, yastıdır [1,2, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə dövrü iyun, meyvə əmələgətirmə iyul aylarına təsadüf edir. Kserofitdir, çınqıllı-daşlı yamaclarda, kollar arasında rast gəlinir. Vitaminli bitkidir. Xalq təbabətində dərman bitkisi kimi istifadə olunur [2, 4, 5].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu- Gənzə kəndinin ətrafı, şimal yamacı, 1100m hündürlükdə) [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [7].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən meyvələrin intensiv toplanması və iqlim amilləri.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А. 1952; 2. Флора Азербайджана, 1954; 3. Гаджиева Г.Г., 1969; 4. Машковский М.Д., 2008; 5. Naxçıvan MR-in Qırmızı kitabı, 2010; 6. Schtaz G., Shulkina T., Solomon J., 2013; 7. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Qaraxani P.X., Novruzov E.N.

Şəkil: Azərbaycan SSR-in Qırmızı kitabı, 1989.

English name: Karjagini resehip

Habitat: Stony, gravelly slopes of mountain zone.

Distribution: Mountain part of Nakhchivan (ordubad region – surroundings of Genze village, northern slope, 1100 m above sea level).