Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kamille süsəni  /  Kamille’s iris / Iris camillae 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris camillae Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür.

Regional IUCN Status: VU D2 [8].

Qısa morfoloji təsviri: Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10—25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəkyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3-4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli,lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4—6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir [1, 2,4].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Quru, daşlı-çınqıllı yamaclarda bitir.Dekorativ bitkidir [2, 3].

Yayılması: Kür düzənliyi (Qazax rayonu, Qazangöl gölü ətrafında), Bozqır yaylasında [2, 3, 5, 6, 7, 9].

Sayı və tendensiyası: Çox nadir olan lokalitetlərində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur. Xüsusi yaşayış mühitində tələbkar bitkidir [9].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (dekorativ bitki kimi hali tərəfindən intensiv yığılması, otarılma, tapdalanma). Ekoloji və antropogen amillər.

Mühafizə tədbirləri: Yayıldığı ərazilərdə, xüsusi mühafizə tədbirləri aparılmır. Antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir[9].

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора Азербайджана, 1952; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Михеев А.Д., 2004; 5. Ибадлы О.В. 2005; 6. Əsgərov A.M., 2005; 7. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012; 8. Schtaz G., Shulkina T., Solomon J., 2013; 9. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N.

Şəkil: Kərimov V.N.

English name: Kamille’s iris

Habitat: Dry, stony and gravelly slopes.

Distribution: Bozgir plateau; Kur plain (Gazakh region, around Gazangol Lake).