Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kərpicvari qarğa soğanı / Meadow gladiolus / Gladiolus imbricatus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Gladiolus imbricatus L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir [1, 2]

Yayılması: Böyük Qafqazın quba hissəsi və şərqi [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyalarında azalma (30%) tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen və zoogen amillər [2]. Əhali tərəfindən intensiv yığılması, otarılma və tapdalanma nəticəsində yayılma sahəsi məhdudlaşır.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin axtarılması, yasaqlıqların salınması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. İbadlı O.V. 2004; 3. Конспект флоры Кавказа, 2006; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Murtuzaliyev R.A.

English name: Meadow gladiolus

Habitat: From lower elevations to subalpine zone

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus.