Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kürd yerköpüyü / Kurdish whitlow-wort / Paronychia kurdica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Qərənfilkimilər—Caryophyllaceae Juss.

Elmi adı / Scientific name: Paronychia kurdica Boiss.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdələr 19—20 sm uzunluğunda, yayılan və ya qalxan, qısa, sıx tükcüklüdrü. Yarpaqlar uzunsov—xətvari, bəzən daha enli-ellipsivari, 9 mm uzunluğunda, qısa tükcüklüdür. Çiçəklər qısa saplaqlı, başcıqlı dəstələrdə toplanmışdır. Kasacıqlar 2-3 mm uzunluğunda, xətvari-lansetvaridir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun aylarına təsadüf edir. Kserofit bitkidir. Düzənlikdən orta dağ qurşağına kimi quru, gilli və daşlı yamaclarda rast gəlinir [1].

Yayılması: Bozqır yaylası, Kür düzənliyi, Kiçik Qafqazın şimal və mərkəzi hissəsi, Naxçıvanın dağlıq hissəsi və düzənliyi, Diabar [1, 2].

Sayı və tendensiyası: Hal-hazırda populyasiyanın sabitliyinə baxmayaraq, antropogen amillər və iqlim azalma tendensiyasına səbəb ola bilər [2].

Məhdudlaşdırıcı amillər: Həddindən artıq otarılma, biçilmə və iqlimin dəyişilməsi.

Mühafizə tədbirləri: Yayılma əraziərində antropogen təsirləri azaldılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Tərtibçinin məlumatı.

Tərtibçilər: Əhmədzadə F.Ə.

Şəkil: Kərimov V.N.

English name: Kurdish whitlow-wort

Habitat: Dry, clayey and stony slopes from lowlands to middle mountain zone.

Distribution: Bozqir plateau; Northern (AZ) Lesser Caucasus; Central (AZ) Lesser Caucasus; Kur plain; Diabar; mountain part of Nakhchivan; Nakhchivan plain.