Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kürd canavargiləsi / not found / Daphne kurdica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Thymelaeales

Fəsiə/ Family: Canavargiləsikimilər – Thymelaeaceae Juss.

Elmi adı / Scientific name: Daphne kurdica (Bornm.) Bornm. (Daphne ranscaucasica Pobed.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Qısa, çoxbudaqlı, alçaq koldur. Qabığı bozvə ya qonur rənglidir. Yarpaqlar ellipsivari və ya uzunsov –lansetvari, 1-3 sm uzunluğunda, 4-8 mm enindədir. Çiçəkləri 3-6, ağ və ya çəhrayı, budaqların üst tərəfindədir. Çiəkyanlığı bardaqvari, sıx, qısa boz tükcüklüdür. Boru 8-10 mm uzuluğundadır. Erkəkciklərin tozcuqları çiçəyin ağızcığından çıxır. Yumurtalıq tükcüklüdür. Çəyirdək uzunsov, qırmızıdır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə -meyvə əmləgətirmə dövrü may-avqust aylarına düşür, kserofit bitkidir. Əhəngli yerlərdə, əhəngli –gilli yamaclarda bitir[1, 2].

Yayılması: Kiçik Qafqazın cənub hissəsi və Naxçıvanın dağlıq hissəsi [1, 2, 3, 4].

Sayı və tendensiyası: Populyasiyanın sayı azdır, ətraf mühitin mənfi təsirlərinə həssasdır [5].

Məhdudlaşdırıcı amillər: Yayılma sahəsinin məhdud olmas və antropogen təsirlər.

Mühafizə tədbirləri: Yayıldığı saələr xüsusi nəzarət altına alınmalıdır [3, 4].

Ədəbiyyat / References: 1. Флора СССР, 1949; 2. Флора Азербайджана, 1955; 3. Azərbaycan SSR-in Qırmızı Kiatbı, 1989; 4. Naxçıvan MR-in Qırmızı kitabı, 2010; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Əhmədzadə F.Ə., İbadullayeva S.C.

Şəkil: İskəndər E., Qaraxani P.X.

English name: not found

Habitat: Calcareous slopes of mountains.

Distribution: Southern (AZ) Lesser Caucasus; mountain part of Nakhchivan.