Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Kövrək şoran / not found / Salsola futilis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Tərəçiçəkkimilər – Chenopodiaceae Vent.

Elmi adı / Scientific name: Salsola futilis Iljin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir.

Qısa morfoloji təsviri: Gövdəsiz, kövrək, qonur qabıqla örtülü, çılpaq, 15-20 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15-25 mm uzunluqda, 2-2,5 mm enində, yarımsilindrik, xətvari, göyümtül, kütdür. Çiçəkləri tək-tək, çiçəkaltlığı yarpaqlarının qoltuğunda sünbülvari çiçək qrupunda toplanmışdır. Qanadları tünd –qırmızı rəngdədir, aşağı üç qanadı bir qədər genişdir, böyrəkvari-dairəvi, digərləri tərs- yumurtavaridir. Tozcuq cıxıntıları lansetvaridir [2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Düzən, dağətəyi sahələrdə şoranlı, taxıllı, müxtəlifotluluq, qruplaşmaların tərkibində rast gəlinir [3, 4, 6, 7].

Yayılması: Naxçıvan düzənliyi (Ordubad rayonu – Kotam və Kilit kəndləri ətrafı) [1, 5, 10].

Sayı və tendensiyası: Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir [11].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (otarılma, tapdalanma) [8].

Mühafizə tədbirləri: Mühafizə üçün xüsusi tədbirlər aparılmır [9]. Yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1945; 2. Флора Азербайджана, 1952; 3. Ахундов Г.Ф., 1972; 4.Ахундов Г.Ф., Гогина Е.Е., Прилипко Л.И., 1978; 5. Hacıyev V.C., Musayev S.H., 1996; 6. Мовсумова Ф.Г., 2005; 7. Musayev S.H., 2005; 8. Мовсумова Ф.Г., 2006; 9. Мовсумова Ф.Г., 2010; 10. Naxçıvan Mr-in Qırmızı kitabı, 2010; 11.Tərtibçinin məlumatı.

Tərtibçilər: Mövsümova F.Q.

Şəkil: Mövsümova F.Q.

English name: not found

Habitat: Saline sites of desert and foothills.

Distribution: Nakhchivan plain (Ordubad region- surroundings of Kotam and Kilit villages).