Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Huperziya quzu plaunu / Northern Firmoss or Fir Clubmoss / Huperzia selago 


Şöbə / Division: Plaunkimilər – Lycopodiophyta

Sinif / Class: Plaunabənzərlər – Lycopodiopsida

Sıra / Order: Lycopodiales

Fəsiə/ Family: Huperziyakimilər – Huperziaceae Rothm.

Elmi adı / Scientific name: Huperzia selago (L.) Bernh. Ex Schrank et C. Mart. (Lycopodium selago L.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir – CR A2ac. Azərbaycanın nadir və relikt növüdür.

Qısa morfoloji təsviri: Çoxillik, haçavari budaqlanan, tutqun və açıq – yaşıl bitkidir. Gövdələri 25—30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz – lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənədir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Sporların yetişmə dövrü iyul – oktyabr aylarıdır. Orta, yuxarı dağ və alp qurşağında, şam meşəsində, böyük daşların üstündə, iri qaya çatlarında, mamırların arasında rast gəlinir [1]. Dərman və dekorativ bitkidir [1,3].

Yayılması: Kiçik Qafqazın şimal hissəsi (Göygöl Milli Parkı, Çınqıl dərəsinin şimal yamacı, şam meşəsi); Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu, Car kəndinin ətrafı; Zaqatala Dövlət Qoruğu, Xalagel dağı) [1,2,4].

Sayı və tendensiyası: Tək—tək rast gəlinir, sayı çox azdır [4]. MMəhdudlaşdırıcı amillər: Məskunlaşdığı meşə sahələrinin azalması və digər antropogen amillər.

Mühafizə tədbirləri: Məlum biotopların nəzarətə alınmalı, təbiətdə axtarışı davam etdirilməlidir. Ədəbiyyat / Reference: 1. Флора Азербайджана, 1950; 2. Əsgərov A.M. 2005; 3. Машковский М.Д. 2008; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Əsgərov A.M., Mehdiyev N.P., Zeynalova S.Ə.

Şəkil: Qolyakov P.V.

English name: Northern Firmoss or Fir Clubmoss

Habitat: Coniferous forests.

Distribution: Western (AZ) Greater Caucasus (Jar village of Zaqatala region; Zaqatala State Reserve, Khalagel mountain); Northern (AZ) Lesser Caucasus (Goygol National Park) pine forests, northern slope of Chingil valley.