Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan qovağı / Hyrcan poplar / Populus hyrcana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Salicales

Fəsiə/ Family: Söyüdkimlər—Salicaceae Lindl.

Elmi adı / Scientific name: Populus hyrcana Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir. Kənarları bütövdür və ya nisbətən dərin oyuqvari dişlidir. Üst tərəfi yaşıl, alt tərəfi pambığaoxşar bozumtul tükcüklü və ya çılpaqdır. Sırğalarının və qutucuğunun oxu çılpaqdır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləməsi aprel, meyvəverməsi iyun-iyul aylarına təsadüf edir. Meyvəəri avqust –sentyabr aylarında yetişir. Tozlanması –anemofildir. əsasən kök pöhrəlri ilə çoxalır. İşıqsevən, tezböyüyən və istisevən ağac cinsidir. Subtropik zonanın podzollu və podzollu-qlryli torpaqlarının həm suvarma, həm də yeraltı sular vasitəsilə artıq dərəcədə nəm olan yerlərində bitir. Tezböyüyən ağac cinsi kimi oduncaq tədarükü üçün və tarlaqoruyucu meşə zolaqlarının və yaşıllıqların salınmasında istifadə oluna bilər [1, 3].

Yayılması: Lənkəranın dağlıq hissəsi və Lənkəran ovalığı (Düzən meşələrində, çay sahili boyunca rütubətli dərələrdə bitir) [1, 2, 4].

Sayı və tendensiyası: Ehtiyatı azdır. Lənkəran rayonunun Xanbulaq su anbarı və Hirkan qəsəbəsi yaxınlığında kiçik qrup halında, tək-tək rast gəlinir [4].

Məhdudlaşdırıcı amillər: Təbii bərpasının zəif gedir. Oduncağından məişət təsərrüfatında istifadə olunur.

Mühafizə tədbirləri: Hirkan Milli Parkında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2. Səfərov İ.S., Əsədov K.S., 1984; 3. Safarov H.M., 2010; 4.Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S., Səfərov H.M.
Şəkil: Səfərov H.M.

English name: Hyrcan poplar

Habitat: Close to river banks of subtropical mountain and lowland forests.

Distribution: Forests of Lankaran lowlands; mountain part of Lankaran.