Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan qaraşəngi / not found / Scrophularia hyrcana 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Keçiqulağıkimilər – Scrophulariaceae Juss.

Elmi adı / Scientific name: Scrophularia hyrcana (Grossh.) Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bikisidir. Gövdəsi 20-60 sm hündürlükdədir. Yarpaqları enli, üçkünc-yumurtavari, sivri, kənarları ikiqat mişardişli, əsasında azacıq ürəkvari, üstdən çılpaq, altdan yumşaq tüklü, aşağıdakılar-saplaqlı, yuxarıdakılar –oturaqdır. Təpə piramida formalı çiçək qrupunda yarımçətirləri 2-5 çiçəklidir. Kasacığın hissəcikləri uzunsov – yumurtavari kütdür. Tacı 6-7 mm uzunluqda, yaşılımtıl-sarı, su zanbağı formasında; staminodisi yoxdur. Qutucuğu 7-8 mm uzunluqda, uzunsov -yumurtavaridir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Aprel-may ayları çiçəkləyir və iyun-iyul ayları toxumlayır. Aşağı və orta dağ qurşaqlarında meşələrdə, qayalarda və dərələrdə rast gəlinir [1, 2].

Yayılması: Lənkəranın dağlıq hissəsində [1, 2].

Sayı və tendensiyası: Populyasiyaları azalır, yaşama ərazisi məhdudlaşır və azalma tendensiyası müşahidə olunur [3].

Məhdudlaşdırıcı amillər: Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri: Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Safarov H.M., 2009; 3. Tərtibçilərin məlumatları.

Tərtibçi: Səfərov H.M., Mustafayev S.C.

Şəkil: Səfərov H.M.

English name: not found

Habitat: Forests, rocks and valleys of lower and middle mountain zone.

Distribution: Mountin part of Lankaran.