Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan qızçiçəyi / Hyrcanian daisy / Bellis hyrcanica 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər – Asteraceae Dumort.

Elmi adı / Scientific name: Bellis hyrcanica Woronow

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür.

Regional IUCN Statusu: VU D2 [3].

Qısa morfoloji təsviri: Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür. Dilcik sarğıdan 2 dəfə uzundur, ağdır. Toxum 1 mm-ə qədər uzunluğundadır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel-may, meyvələməsi iyul aylarına təsadüf edir. Dənizkənarı çəmənlərdə yayılmışdır. Çoxalması toxumladır [2].

Yayılması: Lənkəran ovalığı [2].

Sayı və tendensiyası: Populyasiyanın təbii ehtiyatı azdır, yeganə lokalitetdə mənfi təsirlərə həssaslıq müşahidə edilir [4].

Məhdudlaşdırıcı amillər: Antropogen və zoogen məhdudlaşdırıcı amillər.

Mühafizə tədbirləri: Mehafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Antropogen təsirlərin qarşısının alınması, bitdiyi ərazilərin nəzarət altında saxlanılması tələb olunur.

Ədəbiyyat / Reference: 1. Флора CCCP, 1959; 2.Флора Азербайджан, 1961; 3. Schtaz G., Shulkina T., Solomon J., 2013; 4.Tərtibçilərin məlumatları.

Tərtibçi: Qaraxani P.X., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: Hyrcanian daisy

Habitat: Coastal meadows.

Distribution: Lankaran lowlands.