Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan gülxətmisi / not found / Alcea hyrcana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Malvales

Fəsiə/ Family: Əməköməcikimilər—Malvaceae Juss.

Elmi adı / Scientific name: Alcea hyrcana (Grossh.) Grossh.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B2ab(ii,iii, iv). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir. Meyvəsi 15-20 mm enində, 30-32 yumurtavari meyvəciklərdən ibarətdir. Toxumları qəhvəyi rəngdə, az sayda, narın tükcüklərlə örtülmüşdür [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvəgətirmə dövrü iyun-avqust-sentyabr aylarına təsadüf edir. Toxum vasitəsilə çoxalır, az su ilə təmin olunan şəraitə davamlı (kserofit), işqsevən (heliofit), qumlu düzənliklərdə, psammofit qruplaşmalarda və dağ ətəklərində, moruq kollarının arasında rast gəlinir. Dekorativ və dərman bitkisidir [1,2, 3].

Yayılması: Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsi [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (infrastrukturun inkişafı), populyasiyanın zəif təkrarlanması, bitdiyi yerlərdə iqlim şəraitinin dəyişilməsi.

Mühafizə tədbirləri: Hal-hazırda xüsusi qorunma tədbirləri aparılmır. Növünyığılmasının qarşısının alınması, yeni yayılma aşkar edilməsi, toxumlarının toxum bankında saxlanılması, introduksiyası tələb olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Safarov H.M., 2009; 3. Мехтиева Н.П., 2006; 4.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Abdıyeva R.T., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: not found

Habitat: Lowland and mountain shrublands.

Distribution: Lankaran lowlands; mountain part of Lankaran.