Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan güləvəriə / not found / Centtaurea hyrcanica 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər – Asteraceae Dumort.

Elmi adı / Scientific name: Centtaurea hyrcanica Bornm.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə 30-60 sm hündürlüyündədir. Kök üstündə olan və aşağı gövdə yarpaqlarının saplaqları daralmış, ortada və yuxarıdakılar oturaq gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enində, uzun ensiz xətli lansetvari, uzun və kirpikcikli sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvaridir. Çiçəkləri çəhrayı, toxumca 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa ( 1mm uzunluğunda) kəkillidir [1, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun-avqsut aylarına təsadüf edir. Toxum vasitəsilə çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir [1, 2].

Yayılması: Lənkəranın dağlıq hissəsi [1, 2].

Sayı və tendensiyası: Çox azdır [4].

Məhdudlaşdırıcı amillər: Çox azdır .

Mühafizə tədbirləri: Mehafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2. Ахундов Г.Ф., 1973; 3. Флора CCCP, 1959; 4.Tərtibçinin məlumatı.

Tərtibçi: Qaraxani P.X.

Şəkil: AMEA-nın Botanika İnstitutunun Herbari Fondu.

English name: not found

Habitat: Mountain zone.

Distribution: Mountain part of Lankaran.