Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan bigəvəri / Caspian butcher’s broom / Ruscus Hyrcanus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Amaryllidales

Fəsiə/ Family: Bigəvərkimilər—Ruscaceae Hutch.

Elmi adı / Scientific name: Ruscus Hyrcanus Woronow

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür [1].

Qısa morfoloji təsviri: 20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov- lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8-12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5 –i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7-9 mm-dir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel-may aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. Tozlanması anemofildir. Toxumla və vegatativ yolla çoxalır. Həyat forması nanofanerofitdir. İstisevən və kölgəyə davamlıdır. Mexaniki tərkibi orta dərəcədə olan təzə və zəngin torpaqlarda daha yaxşı inkişaf edir. Hirkan Dəmirağacı meşələri kolluqlarında, əsasən aşağı dağlıq qurşağının dağ çayları dərələrində, vadilərində, sarı-gilli, azgilli torpaqlarda bitir. Dəmirağacı meşələrində hirkan bigəvəri alçaqboylu həmişəyaşıl meşəaltı bitki rolunu oynayır və müəyyən meşə tipini (Parrotitetum ruscosum) xarakterizə edir. Belə meşələr üçün xəzər bənövşəsi, çoxçiçəkli novruzçiçəyi, oxotu, quşüzümü, ayıdöşəyi, pteris və s. Növlərti xarakterikdir. Hrikan Milli Parkının aşağı düzən meşəsində, Xanbulaqçay ətrafında qrup halında rast gəlinir. Dekorativ bitkidir. Budaqlarından səbət toxunur[ 2, 3, 4].

Yayılması: Lənkəran ovalığı (Astara rayonunun Digo, Maşxan, Təngərud kəndləri, Lənkəran rayonunun Bürcəli və Xanbulaq kəndləri) [ 1, 3].

Sayı və tendensiyası: Hirkan Milli Parkının ərazisində ehtiyatı azdır, kiçik qruplar şəklində rast gəlinir, qapalı yarus yaratmır. Mənfi təsirlərə məruz qalması azalma tendensiyasına səbəb olur [ 5].

Məhdudlaşdırıcı amillər: Meşə sahələrindən kənd təssərüfatı əkinləri üçün, budaqlarının əhali tərəfindən buket, əklil və bəzək üçün istifadə edilməsi.

Mühafizə tədbirləri: Hirkan Milli Parkında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Prilipko L.İ. 1961; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Səfərov H.M., Fərzəliyev V.S., 2008; 5. Tərtibçilərin məlumtları.

Tərtibçilər: Fərzəliyev V.S., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: Caspian butcher’s broom

Habitat: Humid forests, shrublands, and mountain river valleys from lowland to lower mountain zone.

Distribution: Lankaran lowlands (Digo, Mashkhan, Tengerud villages of Astara region, Burcheli and Khanbulan villages of Lankaran region).