Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan armudu / Hircanian pear / Pyrus hyrcana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Pyrus hyrcana Fed.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir.

Qısa morfoloji təsviri: 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Aprel—may aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması-entomofildir. Toxumla və kök pöhrələri ilə çoxalır. Dağ massivinin dağətəyi meşələrində və meşə talalarında qarışıq halda yayılmışdır [1, 2, 3].

Yayılması: Lənkəran ovalığı (Astara rayonu-Şüvi, Anbabu, Duriya, İstisu, Astara kəndləri; Lənkəran rayonu-Daşdatük və Xanbulaq kəndləri) və Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu-Pirembel kəndi; Lerik rayonu –Lerik kəndi) [3, 4]. Lənkəran rayonunun Xanbulan, Daşdatük kəndlərində, Astara rayonunun Anbabu kəndində, Hirkan Milli Parkının Vənəbicar adlanan ərazisində, Hirkan Milli Parkının Himmətəli məhəllə adlanan ərazisində, Nıvıştaru çayının sahilində tək-tək rast gəlinir[1, 2, 4].

Sayı və tendensiyası: İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır [1, 5, 6].

Məhdudlaşdırıcı amillər: Meyvəsi yerli əhali tərəfindən toplanır, meyvələri yetişmədən əvvəl gəmiricilər və quşlar tərəfindən yeyilir. Mal-qara ilə otarılması təbii bərpanı çətinləşdirir.

Mühafizə tədbirləri: Hirkan Milli Parkında mühafizə olunur

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2. Səfərov İ.S., Əsədov K.S. 1984; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Səfərov H.M., 2010; 5.Мусаев С.Г., и др., 2009; 6. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Abdıyeva R.T., Əlizadə V.M.

Şəkil: Səfərov H.M.

English name: Hircanian pear

Habitat: Foothill forests and forest glades.

Distribution: Lankaran lowlands (Astara region – Shuvi, Anbabu, Duriya, İstisu, Astara villages, Lankaran region – Dashdatuk and Khanbulan villages); mountain part of Lankaran (Yardımlı region – Pirembel village; Lerik region – Lerik village; Khanbulan, Dashdatuk villages of Lenkaran region; Anbobu village of Astara region; Venebijar and Himmeteli areas of Hirkan National Park, Banks of Nivishtari river).