Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Hirkan şaxduranı / not found / Alchemilla hyrcana 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rosales

Fəsiə/ Family: Gülçiçəklilər – Rosaceae Juss.

Elmi adı / Scientific name: Alchemilla hyrcana (Bus.) Juz.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik boz-yaşıl, ot bitkisidir. Gövdə 12-35 sm-ə qədər hündürlükdə, uzun saplaqlı, kökynı yarpaqlıdır. Kökyanı yarpaqları iri deyil, böyrəkvari, 1-3,4 sm uzunluğunda, 1,5 – 5 sm enində, hamar, 7-9 qısa, qövsvari və ya yarımdairəvi bölümlü, aydın kəsilmiş aralarında 4-7 xırda-yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları böyük deyil. Çiçək qrupu ensiz, azçiçəkli, budaqlı, çiçəklər boş yumurtacıqlı, 1,5-3 mm uzunluğunda və enindədir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyun, meyvələməsi iyul aylarına təsadüf edir. Çoxalması toxumladır. Quraqlıq çəmənlərində bitir. Kriptofitdir[1, 2, 3].

Yayılması: Lənkəranın dağlıq hissəsi (Hamarat kəndi) [2, 3,4].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Yayılma sahəsinin məhdud olması və əhali tərəfindənmal-qaranın otarılması.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur. Yeni yayılma sahələri axtarılmalıdır.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора Азербайджана, 1954; 3. Safarov H.M., 2009; 4.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Qaraxani P.X., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: not found

Habitat: Dry mountain meadows.

Distribution: Mountain part of Lankaran (Hamarat village).