Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Həqiqi yasəmən / Həqiqi yasəmən / Jasminum officinale 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Oleales

Fəsilə / Family: Zeytunkimilər – Oleaceae Hoffmgg. et Link

Elmi adı / Scientific name: Jasminum officinale L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Dırmaşan koldur. Yarpaqları 5-7 sayda yarpaqcıqlıdır. Yarpaqcıqlar uzunsov-lansetvari, sivriləşmiş, yan tərəfdəkilər oturaq, yuxarıdakılar uzunqanadlı, daplaqlıdırlar. Çiçəkləri ağ, ətirli, çətirvari, azçiçəkli çiçək qrupunda toplanmışlar. Kasacıq qədəhvari, tacı ətirli, yumurtavari, sivriləşmiş, borucuğu ensizdir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə may –iyn, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Arandan aşağı dağ qurşağına kimi meşə talasında və kolluqlarda rast glinir. Dərman bitkisidir [1].

Yayılması: Lənkəran ovalığı [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyatı azdır, lakin əhəmiyyətli dərəcədə dəyişilmir [2].

Məhdudlaşdırıcı amillər: Antropogen təsir (otarılma, tapdalanma).

Mühafizə tədbirləri: Qorunma tədbirləri hal-hazırda aparılmır.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Tərtibçilərin məlumatları.

Tərtibçi: Fərzəliyev V.S., Səfərov H.M.

Şəkil: İskəndər E.O.

English name: Common jasmine, Jessamine or Summer Jasmine

Habitat: Forest glades and shrublands from lowlands of lower mountain zone.

Distribution: Lankaran lowlands; mountain part of Lankaran.